Azedu.az

DİM onlayn formada fənlər üzrə hazırlıq kursları keçirəcək  

Dövlət İmtahan Mərkəzi

23 Aprel 2021, 17:34
DİM onlayn formada fənlər üzrə hazırlıq kursları keçirəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 24-25-də riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və ingilis dili fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, kurslarda Bakı, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz və Naxçıvandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox