Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 17:43:00
BMU və SDU birgə dəyirmi masa keçirəcək  

Bakı Mühəndislik Universiteti (BMU) “Biznesin idarə edilməsi” kafedrası və Sumqayıt Dövlət Universitetinin (SDU) "Biznesin təşkili və menecment” kafedrasının birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, aprelin 24-də saat 14:00-da keçirilməsi planlaşdırılan virtual dəyirmi masa Zoom platforması vasitəsilə baş tutacaq.

 

BMU-nun “Biznesin idarə edilməsi” kafedrası və BSU-nun "Biznesin təşkili və menecment” kafedrasının əməkdaşlarının iştirakı ilə  keçiriləcək tədbirdə aşağıdakı mövzularda məruzələr dinləniləcəkdir:

 

 

Məruzənin mövzusu

Məruzəçi

1

“Biznes təhsilində layihə metodundan istifadə təcrübəsi”

Murad İsgəndərov (BMU)

2

“Biznes təhsilinin aktual problemləri”

Səxavət Məmmədova (SDU)

3

“Universitet-iş dünyası əməkdaşlığının inkişaf perspektivləri”

Təyyar Mustafayev (BMU)

4

“Biznes təhsilində keyfiyyətin idarə edilməsi”

İmran Əmirov (SDU)

5

“Biznes sahəsində tədris aparan akademik heyətin idarə edilməsi sahəsində problemlər və həll yolları” 

Xəqani Bəşirov (BMU)