Azərbaycan Respublikasının Təhsil İnstitutu Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq çərçivəsində V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin 5-ci və sonuncu təlimini keçirib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təlimdə yerli riyaziyyat mütəxəssisləri ötən təlim zamanı birgə müzakirə nəticəsində riyazi tapşırıqların müxtəlifləşdirilməsi haqqında hazırladıqları təhlili iştirakçılarla və sinqapurlu mütəxəssislərlə bölüşüblər.

 

Daha sonra sinqapurlu mütəxəssislər məzmunun tədrisi prosesi, onun metodları və növləri haqqında danışıb, həmçinin azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparıblar. Bundan əlavə, “Guided practice” (həll istiqamətləri verilən tapşırıqlar), “Chapter opener” (fəslin ilk səhifəsi), “Teaching of concept” (anlayışın öyrədilməsi), İKT-dən istifadə, fəslin xülasəsi haqqında müzakirələr edilib.

 

Tədbirin sonunda Sinqapur və beynəlxalq təcrübə nümunələri üzərində təhlillər aparılıb.