https://www.zirve.edu.az/ #
2021-04-19 12:04:00
UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə təlimlərə start verilib  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində “UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə” təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, təlimdə fakültə dekanı, dosent Asiman Quliyev universitetlərin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəldilməsinin əhəmiyyətindən danışıb. Bu istiqamətdə akademik heyətin beynəlxalq platformalarda elmi məqalələrinin dərc olunmasının vacibliyini vurğulayıb.

 

Sonra Riyaziyyat və statistika kafedrasının dosenti Pərvanə Axundovanın akademik heyətə “Scopus” indeksli jurnallarda elmi məqalələrin dərc edilməsi qaydaları barədə ətraflı məlumat verib.