Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 10:36:00
UNEC Dizayn Məktəbinin sərgisi keçirilib

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn Məktəbi İçərişəhərdə yerləşən Əzim Əzimzadə adına bağda  "Abidələrimiz sərvətimizdir" adlı sərgi keçirib.

 

AzEdu.az xəbər verir ki, sərgidə UNEC Dizayn Məktəbinin tələbələri Orxan Abbasov, Erkan Şentürk, Ramazan Həbibov, Ruhəngiz Minacəddinova və Zəhra Məmmədovanın rəsm əsərləri nümayiş olunub.

 

Əzim Əzimzadə adına  Ev muzeyinin direktoru İradə Əzimzadə və UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova abidələr barədə maraqlı məlumatlarla çıxış edib.