Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 13:01:00
DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanıldı  

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.

 

Bu barədə AzEdu.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, imtahanlar Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində təşkil olunub.