Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 14:03:00
DİM: Dövlət qulluğu üzrə sertifikat əldə etmiş şəxslər üçün yeni elektron xidmətlər istifadəyə verildi  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş şəxslər üçün yeni elektron xidmətlər istifadəyə verilib

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu xidmətlərdən biri dövlət qulluğu sertifikatının elektron surətinin çap edilməsinə, digəri isə həmin surətin aid olduğu dövlət qulluğu sertifikatının həqiqiliyinin tələb olunan yerdə onlayn qaydada yoxlanılmasına imkan yaradır.

 

Yeni elektron xidmətlərdən DİM-in internet səhifəsində “Dövlət qulluğu” istiqamətinin “Dövlət qulluğuna qəbul” bölməsindəki “Faydalı” alt bölməsinə daxil olaraq istifadə etmək mümkündür.