Azedu.az

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbuluna başlanılır  

Təhsil Nazirliyi

Peşə təhsili-faydalı məlumat və xəbərlər

14 Aprel 2021, 11:40
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbuluna başlanılır  

 

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilir.

 

AzEdu.az-ın məlumatına görə,  müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixlərində //portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir.

 

Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub. 

 

Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.

 

ğ

 

Qeyd edək ki, müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır. 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox