https://www.zirve.edu.az/
2021-04-07 16:32:00
“WorldSkills Azerbaijan” platforması təcrübə proqramı elan edib  

“WorldSkills Azerbaijan” platforması ali təhsil müəssisələrinin III-IV kurs tələbələri və məzunları üçün təcrübə proqramı həyata keçirir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, üç ay davam edəcək proqram müddətində təcrübəçi bacarıq yarışlarının təşkil olunmasına, eləcə də layihələrin idarə edilməsinə və kommunikasiya işlərinə dəstək verəcək. Təcrübə proqramı ödənişlidir.

 

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

 

Təcrübə proqramı haqqında ətraflı məlumatla və müraciət qaydaları ilə tanış olmaq üçün agentliyin rəsmi saytında qeyd edilmiş müvafiq keçidə daxil olmaq lazımdır.