Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-07 13:40:00
Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət    

“Repetitor fərdi şəxsdir və qurum deyil. Bu səbəbdən,  uğur əldə ediləndə valideynlər və şagirdlər tərəfindən reklam olunur. Nəticə istənilən səviyyədə olmayanda isə hansısa qurum və ya kurs olmadığı üçün heç kimin hədəfinə tuş gəlmir”

Bu sözləri təhsil üzrə ekspert Adil Vəliyev AzEdu.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, istər məktəbdə pedaqoji fəaliyyətlə, istərsə də fərdi hazırlıqla məşğul olan müəllim hər zaman yeniliyə açıq olmalıdır:

“Hər fənn müəllimi müəyyən müddətdən sonra biliklərini yeniləməlidir. Çünki yenilənmə baş verməzsə, biliklər köhnələ bilir. Repetitor fərdi şəxsdir və qurum deyil. Bu səbəbdən, uğur əldə ediləndə valideynlər və şagirdlər tərəfindən reklam olunur. Nəticə istənilən səviyyədə olmayanda isə hansısa qurum və ya kurs olmadığı üçün heç kimin hədəfinə tuş gəlmir. Hər kəs şəxsi olaraq çox az repetitor tanıya bilər, ancaq kursları nə qədər saysanız da, bitməz”.

Adil Vəliyev deyib ki, repetitorlar, adətən, öz fənlərini çox mükəmməl bildikləri üçün hazırlaşdırdıqları şagirdlər yüksək nəticələr göstərir:

“Repetitorlar da fərqli düşüncələrdə olur.  Şagirdləri yüksək pul müqabilində hazırlaşdırdıqları hər kəsə məlumdur. Bəziləri şagirdi öncə imtahan edib sonra qəbul edir. Çünki şagirdin aşağı nəticəsi onun adına ziyandır. Bəziləri isə yüksək savada malik olmasından asılı olmayaraq valideynin xahişini nəzərə alaraq onları hazırlığa götürürlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları