Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 17:39:00
Bu həftədən etibarən təhsil sahəsində tətbiq edilən QAYDALAR

 

 

 

Pandemiya şəraiti ilə əlaqədar bu həftədən tədrisin təşkili ilə bağlı yeni normalar tətbiq edilir.

 

AzEdu.az bu həftədən etibarən yeni tətbiq edilən normaları təqdim edir:

 

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili edilir.

 

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Bütün tədris işçilərinin vaksinasiya prosesinə start verilib. Yaşından aslı olmayaraq müəllim namizədlər peyvənd olunacaq.

 

Bağçalar fəaliyyətlərini davam etdirəcək. Təhsil Nazirliyinin verdiyi məlumata əsasən bağçalarda təlim prosesi hazırda davam etməkdədir.

 

Ali tədris müəssisələrinin  fəaliyyəti praktiki ixtisaslar olan fakültələrdə davam edəcək. Digər ixtisaslar isə məsafədən təşkil ediləcək.

 

Kursların və repetitorluq fəaliyyəti hazırda davam etməkdədir. Onlar xüsusi sahibkarlıq obyekti olduğu üçün Təhsil Nazirliyinin rəsmi göstərişi yoxdur.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları