https://www.zirve.edu.az/ #
2021-04-05 15:22:00
Niyə bağçalar açıq, məktəblər bağlıdır? - Təhsil Nazirliyinin sözçüsü CAVABLANDIRDI  

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkələrə “niyə bağçalar açıqdır, məktəblər bağlı” ətrafında gedən müzakirələrdə yaranmış suallara cavab verib.

 

AzEdu.az-ın məlumatına görə, “indiki halda niyə olmaz”ı mətbuat katibi aşağıdakı kimi əsaslandırıb:

 

“İndiki halda niyə olmaz?

 

1) məktəblərdə bağçalardan ən azı 10 dəfə çox heyət çalışır.

2) yaşlı kontingent məktəblərdə daha çoxdur(risk faktoru).

3) məktəblərdə şagird sayı bağçalarla müqayisədə ən azı 15 dəfə çoxdur.

 

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Həmçinin, bağçaların da fəaliyyətinin dayandırılacağı ilə bağlı rəsmi açıqlama verilsə də, sonradan qərar dəyişdirildi və sabahdan etibarən bağçalar açılacağı bildirildi. (modern.az)