Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-25 13:54:00
Bu aparatla şagirdlər şəxsi kitabxanalarını qura biləcəklər   

New Yorkda yerləşən dövlət ümumi təhsil məktəblərindən birində kitablarla dolu aparat quraşdırılıb.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu texnika vasitəsilə artıq şagirdlər pulsuz kitab ala biləcəklər. Belə ki, uşaqlar istədikləri kitabı aparata jeton ataraq götürəcəklər.

Məktəb direktoru Parette Walker dördüncü sinfə qədər bütün uşaqların bu aparatdan istifadə edə biləcəklərini qeyd edib: 

 

“Kitab götürmək üçün dərsə davamiyyətin yaxşı və ya pis olması əhəmiyyətli deyil. Bütün şagirdlər ardıcıl olaraq ayda bir dəfə aparatdan kitab götürə bilərlər”.

Layihə çərçivəsində uşaqlar kitabları özləri ilə evə apara və beləcə şəxsi kitabxanalarını yarada biləcəklər. Layihə rəhbərlərinin fikrincə, bu, valideyinlərdə də oxumağa marağı artıracaq.

Qeyd edək ki, “THE Community Aztion Organization” adlı bir qurum tərəfindən 2.000 dollara alınan aparat, elə həmin qurum tərəfindən də 1.000 dollarlıq kitablarla təmin olunub.