Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 11:00:00
Buraxılış imtahanına qədər abituriyentlər bu cür hazırlaşmalıdır – VACİB

DİM 11-ci siniflərin buraxılış imtahanları ilə bağlı dəqiq tarixləri açıqladı. İmtahan 6 gün ərzində müxtəlif regionlarda keçiriləcək. Apreldə baş tutacaq imtahana 1 ay qalıb. Abituriyentlər bu müddəti necə dəyərləndirməlidir? İmtahana psixoloji cəhətdən tam hazır olmaq üçün nələrə diqqət etməlidirlər? AzEdu.az Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasibin fikirlərini təqdim edir:

 

“11-ci siniflərin buraxılış imtahan tarixləri açıqlandı. İmtahanlar 15-16, 22-23, 29-30 aprel tarixlərində Bakı şəhərində və bölgələrdə keçiriləcək. Abituriyentlər üçün buraxılış imtahanına hazırlığa son 1 ay qalıb. Son ayda onlar daha çox buraxılış imtahanına salınacaq fənlərin təkrarına diqqət etməlidirlər. Beyinlərini imtahan stresindən yayındırmaq üçün mütaliə ilə də məşğul ola bilərlər. Vaxtında yatmaq, telefondan uzaq olmaqda fayda var. Şüa ilə təması azaltmaq, mümkün olduqca açıq havada gəzmək imtahana qədər beyin yüklənməsinin qarşısını alacaq”.

 

Ekspert abituriyentlərin imtahana qədərki psixoloji hazırlığının vacibliyini də vurğuladı:

 

“İmtahana qədərki psixoloji hazırlıq bizim abituriyentlərin ən böyük problemidir. Özlərini basqı altında hiss edirlər. Bu halın yaşanmasında valideynləri günahkar bilirəm. Təəssüf ki, imtahan sonrasında bu basqılar nəticəsində bir və bir neçə abituriyentin intihar etdiyi və ya buna cəhd etdiyi xəbərlərini eşidirik. Ailənin vəziyyəti uyğundursa, imtahan öncəsi abituriyenti psixoloq yanına aparmaq çox faydalı olacaq. Bunu öz təcrübəmdə yaşamışam və nəticənin müsbət olduğunu əminliklə deyə bilərəm”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları