https://www.zirve.edu.az/ #
2021-03-10 16:18:00
Daha bir şəhərimizdə dövlət universiteti yaradılacaq - RƏSMİ

 

 

Daha  bir  şəhərdə  dövlət  universiteti  yaradılacaq.

 

İmişli  şəhərində  ali  təhsil ocağının  və  tələbə  şəhərciyinin  yaradılması   məqsədi  ilə  aidiyyəti  üzrə  müraciət  edilib.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020 - ci ilə dair hesabatında  bildirilib.

 

Hesabatda  bildirilib  ki, bu  təklifin  həyata  keçirilməsi  Muğan  zonasında  insanların  dünyagörüşü  və  savadlılığına  böyük  təsir  etmiş  olacaq.

 

Hesabatda  Şəki  Dövlət  Universitetinin  yaradılması  ilə  bağlı  da  müraciət  edilmişdi.

 

Qeyd  edək  ki, hesabat  yaxın  günlərdə  Milli Məclisdə  müzakirəyə  çıxarılacaq.