Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 17:47:00
Emin Əmrullayev “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak edib

 

 “Bu gün “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak etdim”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb:

 

“Ümumilikdə ölkə üzrə 48 qalib layihədən riyaziyyat, fizika və biologiya, təbiət və kompüter elmləri, mühəndislik, tibb və sağlamlıq sahələrinə dair 7 layihə İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək imkanı qazandı. Müsabiqədə iştirak edən və qalib olan bütün şagirdlərimizi təbrik edirəm.

 

Aşağıda adlarını qeyd etdiyim şagirdlər ölkəmizi İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcəklər.

 

  1. Abbaslı Məhəmməd
  2. Əkbərzadə Əli Akif
  3. Həbibullayev Rəfsan
  4. Xəlifəyev Emin
  5. Kərimli Banuçiçək
  6. Qasımov Faiq
  7. Qasımov Rafiq
  8. Məmmədzadə Murad
  9. Səmədov İlkin
  10. Süleymanova Tamila”.
Şükufə Süleymanlı
Müəllifin digər yazıları