Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 14:32:00
AzTU-da “Açıq qapı” günləri davam edir - FOTO

Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Bakı məktəbliləri üçün onlayn “Açıq qapı” günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Açıq qapı” günündə AzTU-nun əməkdaşları, Bakı məktəblərinin müəllimləri və XI sinif şagirdləri iştirak edib.

 

Tədbirdə çıxış edən AzTU-nun “Tələbələrlə və abituriyentlərlə işin təşkili” sektorunun müdiri Əsmər Nəbiyeva universitetdə həyata keçirilən layihənin əsas məqsədindən danışıb. Bildirib ki,  AzTU-nun məktəblilərə daha yaxından tanıdılması, universitetin fakültələri, ixtisasları barədə məlumatların verilməsi, abituriyentlərin müxtəlif sosial sahələrdə aktivliyi, araşdırma bacarığının, startap layihələrə marağın artırılması üçün belə görüşlər mütəmadi olaraq keçiriləcək.

 

Görüşdə Nəqliyyat və logistika fakültəsinin dekan müavini, baş müəllim  Sahib Əsgərov, Maşınqayırma və robototexnika fakültəsinin dekanı dosent Ərəstun Məmmədov, Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı, dosent Nizami Poladov, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin baş müəllimi Vüqar Hüseynli, Xüsusi texnika və texnologiya fakültəsinin dosenti Rafiq Sadıqov təqdimat ilə çıxış edərək məktəblilərə fakültələr və ixtisaslar, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat veriblər.

 

Qeyd edək ki, "Açıq qapı" günləri Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.