Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 12:41:00
Azərbaycan və Türkiyə arasında doktorantura təhsili üzrə vacib sənəd İMZALANDI

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Erenlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, ikili arasında Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasının ali təhsil müəssisələrində, xüsusilə tədqiqat universitetlərində doktorantura səviyyəsində təhsil almaq və qısa, uzunmüddətli tədqiqat aparmaq imkanlarını gerçəkləşdirən Niyyət Məktubunu imzalanıb.


Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov məsələnin vacibliyindən söz açıb:

 

"Düşünürəm ki,bu gələcəkdə elmi kadr hazırlığı prosesinə, yeni nəsil alimlərin yetişdirilməsi işinə ciddi töhfə verəcək. Niyyət məktubunu ölkəmizin elm və təhsili üçün olduqca faydalı sənəd hesab edirəm".

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları