Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 10:00:00
Universitetlər ənənəvi tədrisə nə səbəbdən keçmirlər? – Mətbuat katiblərindən cavablar

 

 

Verilən  qərara  əsasən  15 fevraldan  etibarən  ali  təhsil  müəssisələrində  praktiki  məşğələlər  tələb  olunan  ixtisaslar  üzrə  dərslər  ənənəvi  formada  bərpa  olunur.

 

Təhsilalanların  fiziki  iştirakını  tələb  edən  fənlərin  və  mövzuların əvvəlcədən  müəyyən  edilmiş  cədvəllər  üzrə  tədrisi  tibb, yaradıcılıq, mühəndislik  və s. ixtisaslar  üzrə  ənənəvi  formada  bərpa  olunacaq.

 

Buna  baxmayaraq  ölkədə  yuxarıda  qeyd  edilmiş  ixtisaslar  üzrə  əsas  kadr  yetişdirən  BANM, ADNSU, AzTU  və  BMU  kimi  universitetlərdə  tədris  onlayn  olaraq  davam  etdiriləcək.

 

Bəs  universitetlərin  tədrisi  onlayn  formada  davam  etdirməsini  zəruri  edən  amillər  nələrdir?

 

AzEdu.az  bu  mövzu  ilə  bağlı  mətbuat  katiblərinin  cavablarını  təqdim  edir:

 

Azərbaycan  Texniki  Universitetinin  mətbuat  katibi  Sevinc İsgəndərova :

 

“Azərbaycan  Texniki  Universitetində  tədris  və  tədris  və  təlim - tərbiyə prosesi  Nazirlər  Kabinetinin  10  sentyabr  2020 - ci il tarixli  332  nömrəli qərarı  ilə  təsdiq  edilmiş  “Xüsusi  karantin  rejimi  dövründə  Azərbaycan Respublikasında  fəaliyyət  göstərən  təhsil  müəssisələrində  tədris  və  təlim-tərbiyə  prosesinin  təşkilinin  müvəqqəti  Qaydaları” na  uyğun  olaraq  həyata keçirilir. Fevralın  15 - dən  AzTU - da  tədris  onlayn  formada  davam  edir. Tədris  proqramının  tələbləri  nəzərə alınmaqla  bəzi  ixtisaslar  üzrə  virtual  laboratoriyalar  təşkil  olunacaq”.

 

Bakı  Ali  Neft  Məktəbinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri  Zamirə  Ədilova:

 

“Məlum  olduğu  kimi, Təhsil  Nazirliyinin  yeni  qərarına  əsasən, 16  fevraldan ali  və orta  ixtisas, eləcə də  peşə  təhsil  müəssisələrində  praktiki  məşğələlər tələb  olunan  ixtisaslar  üzrə  və  fiziki  iştirak  tələb  edən  fənlər  və ixtisasların  əvvəlcədən  müəyyən  olunmuş  cədvəl  üzrə  tədrisi (yaradıcılıq, tibb və mühəndislik)  ənənəvi  formada  bərpa  olunması  nəzərdə  tutulub. Praktiki  məşğələlər  tələb olunan  mühəndislik  ixtisasları  üzrə  ciddi  zərurət yaranarsa  dərslərin  ənənəvi  formada  davam  etdirilməsi  tövsiyə  olunurdu.

 

Rayondan  gələn  tələbələrin  vəziyyəti də  nəzərə  alındı

 

Tələbə, professor - müəllim  heyəti  ilə aparılan  müzakirələrin  nəticəsi  və Elmi  Şuranın  qərarı  ilə, Bakı  Ali  Neft  Məktəbində  dərslərin  bir  müddət distant  aparılması  qərara  alınıb. Buna  səbəb  kimi, praktiki  məşğələlər  tələb olunan  fənlər  və  laboratoriya  dərsləri  video  formatda  metodiki  vəsaitlərin və  virtual  laboratoriyaların  təşkil  edilməsi  yolu  ilə aparılır. Dərslərin gedişatının  pozulmaması, pandemiya  şəraitində  rayondan  gələn  tələbələrin karantin  rejiminin  tələbələrinə  uyğun  olaraq  yataqxana  ilə  təminatında yaranacaq  məsələləri  nəzərə  alaraq  dərslərin  onlayn  rejimdə  davam etdirilməsi  məqsədəuyğun  sayılıb.”

 

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  və Marketinq   Departamentinin  direktoru  Bəhruz  Nəzərov:

 

“ADNSU-da  tədris  ili  onlayn  formada  davam  etdiriləcək. Biz  ölkədə  hazırki  karantin  rejimi  dövründə  tədrisin  ənənəvi  formada  qismən bərpası  məsələsini  nəzərdən keçiririk. Bu  həm  laboratoriya  məşğələlərinin  qismən  bərpası, həm  də  son  kurslarda  istehsalat  təcrübələrinin  təşkili  məsələsidir. Eyni  zamanda  son  kurs  bakalavrlar, magistratura  üzrə  təhsil  alanlar  və bununla  yanaşı  birinci  kursların  universitetə  müəyyən  qrafiklər  əsasında  gəlməsi  məsələsi  nəzərdən  keçirilir. Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  rektoru, professor  Mustafa  Babanlı  bu  məsələlərlə  bağlı  açıq  mikrofon  keçirəcək. Son  nəticə  olaraq  tədirisn  ənənəvi  formada  qismən  bərpasının  hansı  formada  həyata  keçiriləcəyi  ilə  bağlı  məlumat  veriləcək”.

 

Qeyd  edək  ki, Təshil  Nazirliyinin  məlumatına  əsasən, son  kursların  təcrübə  mərhələsinin  həyata  keçirilməsi  nəzərdə  tutulur.