Azedu.az

Respublika fənn olimpiadaları keçirilir  

Orta təhsil

Təhsil Nazirliyi

Tələbələr

11 Fevral 2021, 12:24
Respublika fənn olimpiadaları keçirilir  

Fevralın 11-də 2020-2021-ci tədris ili üçün fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadaları keçirilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə təşkil edilib.

 

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

 

 

Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?
Son xəbərlərDaha çox