Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 14:00:00
Doktoranturaya qəbul imtahanında bunu edənlər 0 bal alacaq-DİM

Dövlət İmtahan Mərkəzi xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə, fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilərə müraciət edib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

 

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin və ya iddiaçının özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri və ya vizual məlumat əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş dil əvəzinə digər dildə yazılmış, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış, eləcə də oxunulması və anlaşılması mümkün olmayan yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.

 

Onu da nəzərə almaq lazımdır ki, yazının həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan yazılar “0” (sıfır) balla qiymətləndirilir, yazının maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Yazı işi səliqəli və aydın yazılmalıdır ki, onu oxuyub-qiymətləndirmək mümkün olsun.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları