Azedu.az

DİM-də ilk dəfə rus dili xarici dil kimi imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi

2 Fevral 2021, 13:39
DİM-də ilk dəfə rus dili xarici dil kimi imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzində (DİM) ilk “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ) imtahanı təşkil edilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahanın nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

 

İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumat DİM-in saytında verilib.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox