Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif peşə sahələri üzrə keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabatı təqdim edib.
DİM-dən AzEdu.az-a bildirilib ki, ötən həftə Mərkəzin Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında aşağıdakı ixtisaslaşma sahələri üzrə beynəlxalq imtahanlar təşkil edilib:
| Təşkilat | İmtahanın adı |
| Financial Accounting (FA) | |
| Fortinet NSE 6 - FortiWeb 6.1 | |
| PMI Agile Certified Practitioner (PMI-ACP)® | |
| CIA Exam Part Two: Practice of Internal Auditing | |
Beynəlxalq imtahanlarda ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
Qeyd edək ki, ACCA və Pearson VUE-nun imtahanları (PTE Academic və ixtisaslaşma imtahanları) DİM-də hər həftə keçirilir.
İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatı DİM-in saytında verilmiş linklərə daxil olmaqla əldə etmək mümkündür.