Azedu.az

UNEC-də magistratura səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu başlayıb

27 Yanvar 2021, 14:55
UNEC-də magistratura səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu başlayıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2020/2021-ci tədris ilinin yaz semestrinə magistratura səviyyəsi üzrə əcnəbi tələbələrin qəbuluna başlayıb. 

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, magistratura proqramlarına müraciət etmək istəyən əcnəbi namizədlərin aşağıdakı link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur: //kabinet.unec.edu.az/az

 

Proqrama yalnız bakalavr təhsilini bitirmiş əcnəbi namizədlər müraciət edə bilər.

 

Müraciət üçün son tarix: 5 fevral 2021-ci il

 

Müraciət üçün əlaqə: [email protected]

 

Qeyd: Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin xarici diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır. 

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox