Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 14:00:00
 Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dosyesi-Bir çox xarici universitetlərdə təhsil görüb 

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

AzEdu.az yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin təhsil dosyesini təqdim edir:

R.Nəbiyev 26 avqust 1977-ci ildə ildə anadan olub. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi qazanıb.  2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.  

2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.  24 yanvar 2011-ci ildə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 26 yanvar 2021-ci il tarixində isə prezidentin sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları