Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 15:23:00
Qan xərçənginin ilk simptomları - baş ağrıları, başgicəllənməsi...

Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçənginin bəzi risk faktorlarını qeyd edirlər.

 

AzEdu.az xəbər verir ki, bu faktorlar arasında bunlardır: radiasiya, tez-tez ziyanlı kimyəvi maddələrlə təmasda olmaq (məsələn, kimyəvi istehsalatda işləmək), sefalosporin və penisillin tərkibli antibiotiklərdən nəzarətsiz istifadə, virus və infeksiyaların təsiri, irsi faktor.


Qan xərçəngi bir çox digər xərçəng xəstəlikləri kimi uzun müddət ərzində gizli inkişaf edə bilir ki, nəticədə qiymətli vaxt itkisi baş verir, xəstənin vəziyyəti və xəstəliyin proqnozu pisləşir.


Nəzərə almaq lazımdır ki, qan xərçəngindən heç kim sığortalanmayıb və bu xərçəng növü istənilən yaşda - həm uşaq, həm də böyüklərdə inkişaf edə bilər.


Bunları nəzərə alaraq qan xərçənginin simptomlarını bilmək çox vacibdir.