
17.01.2021 10:00
Pablo Pikassodan miras qalan həyat dərsləri
XX əsrin dahisi, həyatın bütün şirin və acı həqiqətlərini dadmışdı. Müharibə və sülh, kasıblıq və zənginlik, şöhrət və sevgi – Pikasso bütün bunlardan keçmişdi. Canlı əfsanə cahanı tərk etdi. Ondan qalan əsərlər və sitatlar xəzinəsi isə bütün nəsillər üçün həyat dərsidir.
- «Bacaracağını düşünən kəs bacaracaq. Bacarmayacağını zənn edən kəs isə, bacarmayacaq. Bu müzakirə olunmayan qaydadır».
Bu həqiqətən də belədir. Bacaracağınızı düşündüyünüz zaman, beyninin aktiv şəkildə həll yolu axaracaq. Əks halda isə həyəcana qapılacaq və səhvlər edəcəksiniz. - «Öyrənmək üçün, mən hər zaman bacarmadığım şeyləri edirəm». İnkişaf etmək üçün qorxularınızın üstünə gedin. Və bacarmadığınız şeyləri edərkən ancaq indiki zamanı düşünün və etdiyiniz şeyə bütün diqqətinizi verin. Bu işinizi asanlaşdıracaq.
- «İlham mövcuddur, lakin o, iş zamanı gəlir». İlhamlanacağınız anı, doğru zamanı gözləməyin, işə başlayın. O, sizi iş başında tutacaq.
- «Yalnız həyatınızın sonuna qədər bitirmək niyyətində olmadığınız şeyləri sabaha saxlayın, çünki uğurun tək açarı hərəkətdir».
Bəzən başlamaq çətin gəlir, lakin başlamaq şərtdir. Başladığınız andan etibarən özünüzün və sənətinizin fərqli yönlərini kəşf edir, inkişaf edirsiniz. Hərəkət edin. Daha çox, daha çox və daha çox hərəkət! - «Başqaları, mövcud olan şeyləri görüb, «niyə» sualını verdilər. Mən isə mövcud olmayan şeyləri görür, və «niyə də yox» sualını verdim». Yoxuşa deyil, enişə aparan suallar verin. İlhamlandıran və öyrədən.
- «Gəncliyin yaşı yoxdur». Cəmiyyətin yaşınızdan dolayı nəyi edə biləcəyinizi və nəyi artıq edə bilməyəcəyinizi diktə etməsinə icazə verməyin. «Burada və indi» qanunu ilə yaşayın. Beləliklə, bütün sərhədləri aşmış, çərçivələri qırmış olacaqsınız.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda koronavirusdan 117 nəfər sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb
28.02.2021 | 15:11
Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı
28.02.2021 | 14:46
Mars səthində nəhəng burulğanlar aşkarlandı - VİDEO
28.02.2021 | 14:22
Yaz aylarında bu vitaminləri qəbul etmək lazımdır
28.02.2021 | 13:32
Azərbaycanda ilk yoluxmadan 1 il ötür - STATİSTİKA
28.02.2021 | 12:46
Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
28.02.2021 | 12:25
Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alındı
27.02.2021 | 17:40
NASA Veneranın unikal görüntüsünü yayımladı
27.02.2021 | 16:50
Prezident sərəncam imzaladı
27.02.2021 | 16:33
Koronavirus nə zaman mövsümi xəstəlik olacaq?
27.02.2021 | 16:17
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
24.02.2021 | 11:02
Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

20.02.2021 | 13:27
Təhsil Nazirliyindən orta məktəblərdə əyani dərslərin artırılması ilə bağlı AÇIQLAMA

23.02.2021 | 12:21
Dərs cədvəlləri hazırlanarkən bu nöqsana yol vermək olmaz-DƏQİQ İZAH

19.02.2021 | 17:48
Nazir: “Pandemiya təhsil sistemini bir sıra vacib çağırışlarla üz-üzə qoydu” - MÜSAHİBƏ

22.02.2021 | 12:06
İmtahanda tətbiq olunan bu yeniliklər abituriyentlərin xeyrinədir-Ekspert açıqladı

24.02.2021 | 09:00
Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salındı

22.02.2021 | 16:20
“Bəzi müəllimlər dolma bükərkən belə dərs keçirdilər” -Psixoloq

19.02.2021 | 12:29
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı (FOTO-VİDEO)

FACEBOOK