Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-13 10:05:00
Şuşa uğrunda şəhid olan kəşfiyyatçı müəllim - FOTO

 

 

Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. 

 

 

AzEdu.az  şəhid müəllimin həyat və fəaliyyətini təqdim edir:

 

 

Qoşqar Ömərov 1994-cü ildə Kürdəmir rayonunda anadan olub. 2011-ci ildə həmin rayonun Qarasu kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan Dövlət Pedaqoji Universotetinin riyaziyyat-informatika ixtisasına qəbul olunub. O, 2015-ci ildə ixtisası üzrə magistraturaya daxil olub. Lakin hərbi xidmətə yola düşdüyü üçün magistrı 2016-2018-ci illərdə başa vurub. 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayaraq, Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyazoyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Qoşqar Ömərov 2020-ci il 21 sentyabrdan ordu sıralarına qoşulur və Füzuli cəbhəsindən müharibəyə qatılır. Döyüşlərdə xüsusi igidliyi və fəallığı ilə seçilərək, kəşfiyyat bölüyünə daxil edilib. Bir sıra yüksəkliklər uğrunda gedən döyüşlərdə iştirak edən Qoşqar müəllim noyabrın 4-də Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 

 

 

Döyüşlərdə igidliyi və şücaəti ilə fərqlənən Qoşqar müəllim  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

 

 

Allah rəhmət eləsin!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları