Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 10:24:26
AXC və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan tədbirlər silsiləsi davam edir

Türkiyədə fəaliyyət göstərən Türk Təhsil Elmləri Araşdırmaları Dərnəyi liderliyində 28-30 İyun 2018 tarixləri arasında Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin Quruluşunun  və Qafqaz İslam Ordusunun Qafqaza gəlişinin yüzilliyi səbəbiylə elmi- bədii tədbirlər silsiləsi təşkil edilib.

AzEdu.az xəbər verir ki, bu tədbir çərçivəsində Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya, Bolqarıstan kimi bir çox  15 fərqli ölkədən fərqli sahədə 239 məruzə təqdim edilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Azərbaycan müstəqil dövlətinin qurulmasının günümüzdəki önəmini və o dövrdə yaradılan institut və imkanları, eləcə də dövlətin yaranma səbəblərindən danışıb.

Yunus Emre Bakı İnstitutu rəhbəri Cüneyt Özdemir Azərbaycan və Türkiyə arasındakı əlaqələrin son yüzilindən və son bir əsrdə yaşanılanlardan, birlikdə keçilən sınaqlardan bəhs edib.

Təşkilat komitəsi adından danışan Yrd. Dos. Dr. Ümit Polat, dördüncüsü təşkil edilən Beynəlxalq Türk Mədəniyyət Coğrafyasında Təhsil və Sosial Elmlər Sempozyumunun (TURKCESS) bu ilki mövzusunun Qafqaz İslam ordusunun və qardaş ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100 illiyinə həsr edilməsinin özləri üçün çox əhəmiyyətli olduğunu ifadə ediblər.

Çıxışçılar, Qafqaz İslam Ordusunun, Osmanlı Dövlətinin Mart-avqust 1918 tarixləri arasında qurduğu Şərq Ordular Qrupuna bağlı bir hərbi birlik olduğunu və bu ordunun Çanaqqala və Kûtü'l-Amare kimi böyük bir zəfər qazandığını və bu zəfər nəticəsində Bakının erməni şəhəri olmağının qarşısını aldığını və bir Türk şəhəri olaraq qaldığını vurğulayıblar.

Nuri Paşanın komandanlığı həyata keçirilən hərəkatın günümüzdə tanınmasına böyük ehtiyac var.

Türk dünyasının gələcəyinə bağlı müzakirələr edərək gələcəyə bağlı konkret məlumatlar ortaya qoymağı məqsədləyən tədbirdə, alim, araşdırmaçılar, magistr tələbələri, yazıçı, müəllim, ictimai təşkilatları işçisi və qeyri-hökumət təşkilatlarını və nümayəndələri iştirak ediblər.