Azedu.az

Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verəcək - RƏSMİ

8 Dekabr 2020, 16:47
Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verəcək - RƏSMİ

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt edir.

 

AzEdu.az xəbər verir ki, hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

 

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox