Hazırda xidmətdə olan əsgər Həsənov Mustafa Adil oğlunun təhsillə bağlı yaranmış problemi həll edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Lent.az-a M.Həsənovun anası Aidə xanım məlumat verib.
O bildirib ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetindədir:
“Mənə bildirdilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən müsbət qərar verilib və universitetə qeydiyyatı aparılacaq. Buna görə çox sevincliyəm”.
DİM-dən saytımıza verilən məlumatda da xidmətdə olan əsgərimizin universitetə daxil olması barədə köməkliyin göstərilməsi barədə bildirilib.