https://www.zirve.edu.az/
01.12.2020 17:45
AzTU-nun professoru vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq kafedrasının professoru Zakir Məmmədov 82 yaşında vəfat edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Zakir Məmmədov 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Tökmə istehsalının maşınları və texnologiyası ixtisasını bitirib. 1963-1980-cı illərdə istehsalatda müxtəlif vəzifələrdə çalışıb.

 

Elmi-tədqiqat işlərinin tətbiqinə görə 1978-ci ildə "SSRİ ixtiraçısı" döş nişanına layiq görülüb.

 

Zakir Məmmədov 1980-cı ildən AzTU-nun Metallurgiya və metalşünaslıq kafedrasına dəvət olunub. O, 1997-ci ildə texnika elmləri doktoru elmi dərəcəsinə, 2004-cü ildə professor elmi adına layiq görülüb. Çoxsaylı dissertasiya işlərinə opponentlik edən Zakir Məmmədov 200-dək elmi və tədris-metodiki işin, o cümlədən 10-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiya və 5 patentin müəllifi olub. Metallurgiya sənayesinin inkişafı üçün ixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verib.