Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 10:44:00
Summativ qiymətləndirilmə onlayn formada keçiriləcək? – Vacib məsələ

 

 

 “Təhsil Nazirliyi onlayn qiymətləndirmə ilə bağlı “Elektron məktəb” platforması üzərində işləyir.  Platforma həm də summativ və formativ qiymətləndirilmənin onlayn keçirilməsi üçün nəzərdə tutulub”.

 

Bunu AzEdu.az-a onlayn qiymətləndirmə barədə danışan distant təhsil üzrə təlimçi-müəllim Elnur Hacıyev deyib.

 

 

O,  şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin zəruri olduğunu vurğulayıb.

 

 

“Hazırda mənim özüm də həm pedaqoji, həm də inzibatı heyət üçün elektron jurnalla bağlı təlimlər keçirəm. Təlimlərin məqsədi formativ və yekun-summativ  qiymətləndirilmənin necə reallaşdırılması ilə əlaqəlidir.

 

Bəli, qiymətləndirmə olmasa, çox ciddi problemlər yaşanar . Əgər şagirdlərlə KSQ və BSQ keçirilməyibsə, o zaman yarımillik və illik qiymətləndirmə çıxara bilmirik, belə olduqda da şagirdləri bir sinifdən başqa sinifə ötürmək prosesi baş tutmur. Məsələn, qiymətləndirmə olmasa, 3-cu sinif şagirdini 4-cu sinfə necə keçirəcəksiniz? Məsələ budur.  Bəlkə  şagird  heç məzmunu ümumiyyətlə mənimsəyə bilməyib, o nəyə görə başqa sinfə keçməlidir?

 

Mümkün deyil ki, qiymətləndirmə keçirilməsin. Əks halda, təhsillə bağlı qanunvericilik aktları pozulmuş sayılır. Bu qanun pozuntusudur”.

 

E.Hacıyev həmçinin bildirib ki,  qiymətləndirmə tapşırıqları şagirdin bilik bacarığına uyğun olmalıdır:

 

“Müəllim şagirdinə heç bir köməklik göstərə bilməyibsə, yalnız teledərslərlə kifayətlənibsə, sualların çətinlik səviyyəsi də ötürülən məzmuna uyğun hazırlanmalıdır. Yəni ədalətliklik prinsipi gözlənilməlidir. Tutalım, mən müəllim olaraq məzmunu zəif çatdırmışamsa, qiymətləndirmə də nisbətən yumşaq olmalıdır. Ciddi bilik bacarıq ötürmədiyimiz halda, onlara yüksək tələb də qoya bilmərik”.

 

“Məzmunun hansı şəkildə ötürülməsindən(distant, ənəvəi, teledərs)  qiymətləndirmənin necə aparılmasından( kağızla və onlayn) asılı olmayaraq, bu prosesin keçirilməsi şərtdir, zəruridir, vacibdir-deyə təlimçi müəllim E.  Hacıyev vurğulayıb.