Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 17:21:00
Təhsil naziri: Bu müddətədək  heç bir  imtahan keçirilməyəcək

 

 

 

Türkiyə Təhsil naziri Ziya Səlcuk koronavirus pandemiyasında yoluxma sayının artması ilə əlaqədar təhsilalanların sağlamlığını düşünərək alınan yeni tədbirləri açıqlayıb.

 

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,

20 noyabrdan 4 yanvara qədər dövlət və özəl təhsil müəssisələrində onlayn tədrisə davam ediləcək.

 

Şagirdlər ənənəvi və onlayn tədrisdə keçdikləri dərsləri öyrənməlidirlər.

 

31 dekabra qədər ənənəvi, yaxud da onlayn formada heç bir imtahan keçirilməyəcək.

 

Müəyyən hallarda fərdi tədris ənənəvi qaydada davam edə bilər.

 

İmtahanlara hazırlaşan təhsilalanların   hazırlığı  üçün lazım olan  vəsaitlərin  onlayn tədrisə uyğunlaşdırması  üzərində işlər görülür.