Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-08 15:38:00
Azərbaycan tarixi dərsliklərinə yenidən nəzər salınmalıdır           

Torpaqlarımızın düşmən işğalından azad olunacağı gün yaxınlaşdıqca, müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açılır. Bu aspektlə yanaşdıqda dərsliklərə də yenidən nəzər salınacaq. Təhsil üzrə ekspert Nadir İsrafilovun fikrincə, Qarabağ tarixinin ayrıca bir fənn kimi deyil, Azərbaycan tarixi dərsliyinin tərkib hissəsi kimi keçirilməsi zəruridir. Üstəlık "Qarabağ Azərbaycandır və nida işarəsi" tezisi tədris prosesinin də atributuna çevrilməlidir.

 

"Qarabağ Azərbaycandır və nida işarəsi". Bu tezis tədris prosesinin də atributuna çevrilməlidir.

 

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, indiyə qədər orta məktəblərdə tədris olunan "Qarabağ tarixi dərsliyinin növbəti tədris illərindən etibarən keçirilməsinə ehtiyac yoxdur. Çünki, Qarabağla bağlı tarixi həqiqətlər elə Azərbaycanın öz tarixidir.

 

Ekspert deyir ki, 2014-cü ildə həm mövcud ictimai- siyasi şərait, həm də vətəndaşlıq mövqeyinin təzahürü baxımından Qarabağ tarixinin ayrıca öyrədilməsi məqsədəuyğun hesab edilsə də, artıq tarixdə yeni bir səhifə açılır və bu tarix yeni tələblər əsasında yazılmalıdır.

 

Nadir İsrafilov deyir ki, Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır və nida işarəsi bəyanatı dillər əzbərinə çevrilib və bu tezis də tədris prosesində atributa çevrilməlidir.

 

Ekspert deyir ki, aidiyyəti dövlət orqanları xüsusi plan hazırlamalı və gələcək tədris illərində bu məsələlər dərsliklərdə əhatə olunmalıdır.