Azedu.az

MDU-da  Onlayn Oriyentasiya Günü keçirilib- FOTO

Ali təhsil

Maraqlı

30 Oktyabr 2020, 16:27
MDU-da  Onlayn Oriyentasiya Günü keçirilib- FOTO

2020-ci ilin 22-27 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) I kurs tələbələri üçün Onlayn Oriyentasiya günü keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə birinci kurs tələbələrinə fakültə, tədris şöbəsi, beynəlxalq əməkdaşlıq və tələbə təşkilatlarının nümyəndələri tərəfindən fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı məlumat verilib.

 

Oriyentasiya günlərinin keçirilmə vaxtı və qoşulmaq üçün məlumatlar dekanlıqlar tərəfindən tələbələrə göndərilmişdir və ixtisaslar üzrə ayrı-ayrı təşkil edilib və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox