Azedu.az

İbtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək –BU TARİXDƏ

Elm və Təhsil Nazirliyi

30 Oktyabr 2020, 11:46
İbtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək –BU TARİXDƏ

 

 

“İstəyərdik ki, birinci siniflər yenidən ənənəvi təhsilə qayıda bilsin”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, qarşıdakı həftələrdə ibtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək.

 

“Biz ibtidai siniflərdə ənənəvi tədrisin tərəfdarı idik. Lakin ölkədə yoluxma halları 1000-i keçdi. Ona görə də belə məqamda ənənəvi tədrisin təşkili mümkün deyil. Lakin qarşıdakı həftələrdə vəziyyətdən aslı olaraq qərar qəbul edilə bilər”.

 

Qeyd edək ki, 2 noyabrdan ölkəmizdə təlim və tədris prosesi distant formada başlayacaq.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox