Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 12:57:00
Xaricdəki soydaşlarımız informasiya cəbhəsində: “Düşmənin hər həmləsinə 10 qat qarşılıq veririk”

 

“Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək yolunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bu istiqamətdə görüb-görəcəkləri  işlərlə  maraqlanıb.

 

“Burada tam anlamıyla hərkəs ələ ələ verib vətən üçün çalışır. Çünki düşmən durmadan İtaliya mətbuatına, İtaliya əyalətlərinin şuralarına, parlamentarilərə və İtaliya xalqına yalan, saxta məlumatlar ötürməklə, hərkəsi öz yalan, absurd tarixlərinə inandırmağa çalışır. Amma biz-italiyadakı Azərbaycanlılar düşmənin hər oyununa qalib gələ bilirik və gəlirikdə”.

 

 

“İtaliyada düşmən tərəfdən edilən hər həmləyə 10 qat qarşılıq verilir, veriləcəkdə! Qarabağ Azərbaycandır!”

 

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan İtaliya gənclər assosiasiyasının sədr müavini, '' Karabakh is Azerbaijan " sosial platformasının İtaliya üzrə Kordinatoru-Kərim İsmayılov bildrib. O, azərbaycanlıların İtaliyadakı aktiv fəaliyyətindən danışdı:

 

 

“Tovuz hadisələri zamanı da, Gəncədə dinc sivil insanlara qarşı edilmiş cinayətkar siyasətə də susmadıq. Mərkəz Roma şəhəri, İtaliya parlamentinin qarşısı olmaqla bir çox mərkəzi şəhərlərdə aksiyalar keçirdik. Bayraqlarımızla, şüarlarımızla, səsimizlə birlik nümayiş etdirdik. Bununla bitmir həmçinin sosial platformalar üzərindən də dayanmadan çalışırıq. Düşmən çox hiyləgərdir, amma biz də güclü yenilməz, sarsılmaz Azərbaycan xalqının nümayəndələriyik. İtaliyada düşmən tərəfdən edilən hər həmləyə 10 qat qarşılıq verilir, veriləcəkdə! Qarabağ Azərbaycandır!”.  

 

İsveçin Götebörq bölgəsində mühəndis olaraq çalışan Ülviyyə Nəcəfova Azərbaycan mediasını diqqətli izlədiyini vurğuladı:

 

“Azərbaycan həqiqətlərinin İsveçdə yayılması üçün əlimdən gələni edirəm. Hər gün Azərbaycan mediasını izləyirəm. Əslən Qarabağlıyam və cəbhədə qazanılan uğurlara görə çox sevinirəm”.

 

Ülviyyə Nəcəfova ölkəmizlə bağlı faktları çatdırmaq üçün isveç dilində yazılar hazırladığını qeyd etdi:

 

 “Ölkəmizdə baş verənləri düzgün çatdırmaq, mülki əhaliyə edilən terror hadisələrini göstərmək üçün məlumatları isveç dilində hazırlayıb, lazımi ünvanlara-İsveçin əksər xəbər agentliklərinin meyl adreslərinə göndərirəm. Bununla yanaşı, sosial şəbələrdə aktiv olub “fake”lərlə mübarizə aparıram. Xüsusilə tvitter hesabımda aktivəm”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları