https://www.zirve.edu.az/
21.10.2020 09:47
Məktəb direktorları üçün nəzərdə tutulan layihə noyabrda davam edəcək  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan layihə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, noyabrın 2-də yenidən davam edəcək.

 

Qeyd edək ki, “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” adlı layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud vəziyyətdə davranış qaydaları ilə bağlı münasibətini ictimailəşdirməkdən ibarətdir.

 

Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış edə bilərlər. Məqalələrdə distant təhsil, məktəblərdə gigiyenik tələblərin tətbiqi vəziyyəti, məktəbdaxili davranış qaydaları, şagirdlərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq qabiliyyətlərinin inkişafı barədə müvafiq yanaşmalar təqdim ediləcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları