Azedu.az

"Abituriyent" jurnalının xüsusi buraxılışı DİM-in saytına yerləşdirildi

Maraqlı

Dövlət İmtahan Mərkəzi

20 Oktyabr 2020, 17:55

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr etmişdir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur. 

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/ ).

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox