Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 17:10:00
Terrora qurban gedən şagirdlər, virusla məktəbin mübarizəsi, vaxtsız   tətil – Həftənin təhsil icmalı  

 

Terrora qurban gedən şagirdlər, elan edilən tətil – Həftənin təhsil icmalı  

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 12-18 oktyabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Gəncədə baş verən terror aktı nəticəsində Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbdə təhsil alan 3 şagird dünyasını dəyişib

 

Həmin məktəbin 1-ci sinif şagirdi Məryəm Xəlilli,  onun qardaşı 6-cı sinif şagirdi Orxan Xəlilli və 10-cu sinif şagirdi Nigar Əsgərova baş verən erməni təcavüzü nəticəsində həlak olub.

 

17 oktyabr gecə saatlarında Ermənistan ordusunun Gəncəyə raket atəşi nəticəsində Gəncədə yerləşən məktəbə ciddi ziyan dəyib. 

 

Nazir: “Gəncəyə roket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”

 

Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb.

 

Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olunub

 

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib. Qeyd edilib ki, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

 

65 yaşdan yuxarı bu müəllimlərin əmək müqaviləsi uzadıla bilər

 

“Pandemiya şəraitində tədrisin təşkili” qaydalarına görə 65 yaşlı müəllimlər tədrisə cəlb olunmurlar. Onları başqa müəllimlər əvəz edir”.

 

Bu fikirləri Emin Əmrullayev mətbuat konfransı zamanı bildirib. O, 65 yaşdan yuxarı müəllimlərlə əmək müqaviləsini uzatmaq üçün əsas meyarları da açıqladı.

 

Elan olunan tətil günləri  gələcək vaxtlarda konpensasiya ediləcək -Nazirdən anons

 

“Bu tətil müəyyən mənada tədris ilinin qısalmasına və şagirdlərin daha az dərs keçməsinə gətirib çıxarmır”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib.

 

Təhsil Nazirliyi Füzuli rayonunun təhsil statistikasını açıqlayıb

 

Məlumata görə, 1992-1993-cü tədris ilində rayonda 87 məktəb, 2261 müəllim, 21 192 şagird olub.

 

2020-2021-ci tədris ilində isə məktəblərin sayı 1 649 müəllim, 13 023 şagird olub.

 

"Təhsil haqqında" qanuna yeni anlayış daxil edilir

 

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

 

İclasın gündəliyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklər edilməsi barədə” birinci oxunuşda sənədlərin müzakirəsi daxil edilib.

 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.

 

Nazirlikdən verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

 

Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb

 

Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

 

Mərkəzdən verilən məlumata görə, abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  AzEdu Təhsil Portalı ilə yeni layihəyə başlayır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinə start verilir.

 

Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud vəziyyətdə davranış qaydaları ilə bağlı münasibətini ictimailəşdirməkdən ibarətdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları