https://www.zirve.edu.az/
17.10.2020 15:51
Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyü təsdiq edilib

Azərbaycanın nümayəndə heyəti oktyabrın 13-14-də “World Skills International” (WSI) təşkilatının ümumi yığıncağında iştirak edib. Yığıncaqda iştirak WSI təşkilatına üzvlüyün rəsmiləşdirilməsi istiqamətində son mərhələ hesab olunur. Görüş WSI təşkilatının idarə heyətinin, regional qurumların və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə onlayn formada təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi ümumi yığıncaq tərəfindən təsdiq olunub.

 

WSI təşkilatı dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin olimpiadası kimi tanınır. Növbəti yarışların 2021-ci ilin sentyabr ayında Çinin Şanxay şəhərində keçirilməsi planlaşdırılır. Azərbaycanın bu yarışlarda iştirakı nəzərdə tutulur.