Azedu.az

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 32 nəfər qeydiyyatdan keçib

17 Oktyabr 2020, 13:47
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 32 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid olan AA, AB və AC qrupları üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu gün saat 11:10-a olan məlumata görə, 32 nəfər (AB - 8, AC - 24) qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

 

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox