https://www.zirve.edu.az/
15.10.2020 16:23
“Başqa rayonlardan Şəkiyə gələn müəllimlərin hər birinə arayış veriləcək”-RTŞ müdiri

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

 

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minib.

 

Həmin kəndlərdə dərslər hansı qaydada təşkil olunacaq? Dəyişikliklə bağlı hansı Rayon Təhsil Şöbəsi tərəfindən tədbirlər görüləcək və nələrə diqqət yetiriləcək?

 

“Başqa rayonlardan Şəkiyə çalışmağa gələn müəllimlərin hər birinə arayış veriləcək. Təxminən 2000-nə qədər müəllim başqa bölgələrdən Şəkiyə dərs keçmək üçün gəlir. Dərslər həm ənənəvi, həm də distnt formada keçilir. Hələki bir dəyişiklik yoxdur”.

 

Bunu AzEdu.az-a açıqlamasında Şəki RTŞ rəhbəri Südabər İsmayılova dedi. O, Şəkidə yalnız bir məktəbin koronavirus səbəbindən qapadıldığını bildirdi:

 

“Yalnız Şəki şəhər 8 saylı məktəbdə koronavirusa yoluxma faktı qeydə alındığı üçün qapadılıb. Digər məktəblərdə yoluxma faktı olmadığı üçün proses əvvəlki formada davam etdirilir”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları