Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 10:39:00
Əsgərə məktub – “Sevinc göz yaşları içində sizi izləyirik” – “Məktəbdən səngərə”

 

 

AzEdu.az təhsil portalı “Məktəbdən səngərə” rubrikasına start verir.

 

Rubrika çərçivəsində müəllim və şagirdlər səngərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgər və hərbçilərimizə ürək sözlərini yaza və onlara arzu və istəklərini çatdıra bilərlər.

 

Rubrika çərçivəsində bu dəfə  Qusar rayonu Cağarqışlaq kənd məktəbinin coğrafiya müəllimi Cəlil Babacanov və VI sinif şagirdi Fatimə İsayevanın məktublarını təqdim edəcəyik. 

 

Onlar cəbhədə döyüşən əsgərlərimizə arzu və diləkləri ilə dəstək verdilər.

 

Qusar rayonu Cağarqışlaq kənd məktəbinin Coğrafiya müəllimi Cəlil Babacanov:

 

“Çox hörmətli ön cəbhədəki qardaşlarim 30 ildir ki erməni əsarətində olan Qarabağ torpaqlari sizin kimi mərd qəhrəman oğullarımızın sayəsində erməni dığalarından təmizlənir.

 

Hər gün televiziyada sizin şəhər və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etmənizi sevinc göz yaşlari içində izləyirik. Allah sizləri qorusun! İnşallah tezliklə bütün Qarabağı və ətrafdaki rayonları da düşmən əsarətindən təmizləyib qələbə xəbəri ilə öz doğmalarınızın, ata-analarınızın, övladlarınızın yanına qayıdasınız. Amin”

 

 

VI sinif şagirdi Fatimə İsayeva:

 

“Salam, əsgər!  Necəsən?  Mən VI sinif şagirdiyəm. Sənə olan arzum böyükdür! Tezliklə torpaqlarımızın azad olunacağına inanırıq. Sizinlə fəxr edirik! Siz bizim təhlükəsizliyimiz üçün orada savaşırsınız. Haqqınız ödənməzdir. Biz əsgərlərimizə güvənirik, inanırıq! İnanırıq ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün əlinizdən gələni edirsiniz!

Dualarımız sizinlədir. Allahdan şəhidlərimizə rəhmət, sizlərə uzun ömür, can sağlığı arzulayırıq.  Əminik ki,  torpaqlarımız geri alınacaq! Sağ olun, igid əsgər!”

 

 

Vətən Müharibəsində torpaqlarımızın azadlığı və onların erməni təcavüzündən xilas olması üçün mübarizə aparan əsgərlərimizə mənəvi dəstək olmaq məqsədi ilə təhsil ictimaiyyəti ürək sözlərini [email protected] email ünvanına göndərə bilər.

 

Şərtlər:

 

1.Şagirdlər oxuduqları məktəbi və sinfi, müəllimlər isə çalışdıqlar məktəb və tədris etdikləri fənni  qeyd etməlidir;

 

2.Göndərilən mətn bir abzaslıq formatda olmalıdır;

 

3.Məntlə bərabər şəkil və şeir nümunələri də qəbul edilir.

 

AzEdu.az olaraq müəllim və şagirdlərin diləklərini əsgərlərimizə çatdırmağa hazırıq!

 

Qarabağ  Azərbaycandır!