Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 11:43:00
Məktəbinizin yenidən açılma planı nə qədər güvənlidir?-Diqqət etməniz gərəkən VACİB detallar

Biri xəstələnsə nə etmək lazımdır?

 

Məktəblərdə xəstəlik hallarına rastlandıqda edilə biləcəklərin planlı siyahısı olmalıdır. Bu siyahı hər kəsə çatdırılmalı, elan edilməlidir ki, hər kəs nə etməli olduğunu bilsin.

 

AzEdu.az türk mediasına istinadən məktəblərdə koronavirusdan qorunmanın yollarını və diqqət edilməli məqamları təqdim edir:

 

Koronavirus testi müsbət olsun və ya olmasın simptonları hiss edilən hər kəs ən az 10 gün evdə qalmalı, izolasiya olunmalıdır.

 

Mütəxəssislər hazırki pandemiya şəraitində şagirdlərə və işçi heyətinə düzənli olaraq test etmənin mümkün olmadığını qeyd edirlər. Lakin buna nail olunsaydı, məktəblər rahatlıqla açıq qala, ənənəvi dərslər davam etdirilə bilərdi.

 

Diqqət etməniz gərəkənlər:Əllərinizin təmizliyi və tez-tez toxunulan səthlərin dezinfeksiya olunması

 

Virus səthlərdə saatlarla və günlərlə aktiv qala bilir. Siniflərə və kolidorlara dezinfeksiya edici məhlullar yerləşdirilməlidir. “Sinif qapıları dərs başlayana qədər açıq qala bilər. Beləliklə hər gələn şagird qapı dəstəyinə toxunmaz”. Sanitar qovşaqlarda güclü aspiratorlar olmalıdır.

 

Sinif otaqları nə qədər havalandırılsa o qədər faydalıdır.

 

Məktəbdə yemək yemə zamanı maskanı çıxarılır. Bu zaman sosial məsafə qaydasına əməl etmək vacibdir. Həkimlər nahar fasiləsində şagirdləri qruplara ayıraraq müxtəlif vaxtlarda yeməkxanaya buraxılması gərəkdiyini bildirir.

 

Kiçik qruplar formasında tənəffüsə çıxmaq lazımdır. Həyətyanı sahədə keçirilən zamanın sinifdəkinə nisbətən daha az riskli olduğunu bilirik. Şagirdlər tənəffüsdəykən bir-birindən 2 metr uzaqda qala bilmirlərsə, mütləq maska taxmalıdırlar. Açıq havada təmassız idman və aktivitələri artırmaq lazımdır. Fiziki təmas gərəkli idman növlərindən günlük yoluxma sayı azalanadək uzaq durmalıyıq. Məsələn, basketbol, futbol, beyzbol, güləş və s.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları