Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 11:57:00
Deputat rektorlara çağırış etdi    

“Ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsi təmin olunmalıdır”

 

AzEdu.az-ın məlumatına görə, bu haqda deputat Etibar Əliyev rəsmi feysbuk hesabında paylaşım edib.

 

“Hörmətli rektoralar!

 

Bu il keçirilən qəbul imtahanlarının analoqu olmayıb. Pandemiyanın təhsilə təhdidinə baxmayaraq, qəbul imtahanları baş tutdu. Ali və Orta İxtisas məktəblərinə daxil olan tələbələri təbrik edir, onlara təhsil nailiyyətləri arzulayıram. Rəhbərlik etdiyiniz ali məktəblərə daxil olan ən yüksək bal toplamış abituriyentdən an aşağı bal toplamış abituriyentə qədər hər bir tələbəyə keyfiyyətli təhsil verilməsinin məsuliyyəti sizin üzərinizə düşür. İndiki şəraitdə əsas problem distant təhsilin keyfiyyətini ənənəvi təhsilin keyfiyyətinə yaxınlaşdırmaq, distant təhsil mədəniyyətini formalaşdırmaqdır. Ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsi təmin olunmalıdır.

Universitetlərdə kitabxanaların vəziyyəti bir o qədər ürəkaçan deyil. Elektron kitabxananın zənginləşdirilməsi ənənəvi kitabxananı tamamlaya bilər. Tələbələrə optimist ovqatın bəxş olunması üçün Universitet psixoloqları və pedaqoqları mütəmadi onlara qrup şəklində mühazirələr təqdim edərlərsə, bu postmandemiya dövrünə hazırlıq üçün böyük əhəmiyyət kəsb edər”.

 

 

Deputat bu ilki qəbul nəticələri məsələsinə də toxunub:

 

 

“Bir çox ekspertlər pandemiya dövründə şagirdlərimiz aşağı nəticələr göstərəcəyini düşünsələr də belə olmadı. Qruplar üzrə Yüksən nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir. Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent maksimum nəticə əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər.

 

Ali məktəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar. Ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq”.