https://www.zirve.edu.az/
23.09.2020 15:33
"Almaniyada təhsil imkanları və DAAD təqaüdləri" mövzusunda onlayn vebinar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin Maşın mühəndisliyi ixtisası üzrə alman dili tədris qruplarında təhsil alan tələbələri "Almaniyada təhsil imkanları və DAAD təqaüdləri" mövzusunda onlayn vebinarda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, təqdimatçılar DAAD Bakı Məlumat Mərkəzinin rəhbər əvəzi, AzTU-nun məzunu Hikmət Kamallı və Mərkəzin tədris məsləhətçisi, Würzburg-Schweinfurt Tətbiqi Elmlər Universitetinin məzunu Nəzrin Hətəmova Almaniyanın qabaqcıl universitetləri, DAAD təqaüdləri, təqaüdlü təhsil, yay məktəbləri, dil kursları və təcrübə proqraqramlarında iştirak imkanları ilə bağlı ətraflı məlumat verib.

 

Hər bir tələbəyə bu proqramlarda iştirak etmək üçün qeydiyyatdan keçmə qaydaları izah edilib. Sual-cavab formatında davam edən onlayn vebinarda tələbələri maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.