Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 11:53:00
Qubada 8 müəllimi koronavirusa yaxalanan məktəb nə zaman açılacaq?-RTŞ rəhbərindən cavab

 

 

“Koronavirus testi pozitiv çıxan müəllimlər karantinə  alınıb. Karantin müddəti bitdikdən sonra- dünəndən hesablasaq, 28 gündən sonra iş yerlərinə qayıdacaqlar. Həmin məktəbin koronavirus testi neqativ çıxan müəllimləri isə əmək fəaliyyətini davam etdirəcəklər. Hazırda məktəbin direktoru da karantindədir.  Məktəbdə dərslər dünəndən dayandırıldı. Ola bilər ki, bu gün digər müəllimlərin testlərinin neqativ cavabı gəlsin və sabahdan dərslərə başlanılsın. Verilən fasilə test nəticələrindən asılı olacaq”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət  Hacıyev bildirib. O, virusun qarşısını almaq üçün görülən tədbirlərdən də danışdı:

 

“Qubanın digər kənd məktəblərində isə bu kimi hallarla qarşılaşmamışıq. Şagirdlərin dərslərə davamiyyəti yaxşıdır. Valideynlər də övladlarının ənənəvi təhsil almalarını istəyirlər. Rayon Təhsil Şöbəsi olaraq bütün təlimatlarımızı direktorlara göndəririk.

 

Koronavirusun yayılmasının qarşısını almaq üçün mütəmadi olaraq əməl olunmalı qaydalar haqda məktəblərdə maarifləndirmə tədbirləri görülür. Təhsil Nazirliyi tərəfindən RTŞ-lərə göndərilən təlimatlar məktəblərə göndərilir.  Təhsil Şöbəsinin əməkdaşları məktəblərdə monitorinqlər aparırlar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları