Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 10:19:00
Bu gün Azərbaycana payız gəlir

Bu gün saat 17:30:36-da Azərbaycan ərazisinə payız fəsli daxil olacaq.

Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Payızın gəlməsilə sentyabrın 22-də gecə-gündüz bərabərliyi baş verəcək. Buna adətən payız gecə-gündüz bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.

Qeyd edək ki, bu il qış fəsli ölkəmizə dekabrın 21-i saat 14:02:18-də qədəm qoyacaq.